Xətibzadə Pompeoya xitabən: Dünya sizin quldurluq girovunuz olmaqdan imtina etdi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Amerikanın İrana qarşı maksimum təzyiq kampaniyasının uğursuzluğuna işarə edib.
SəhərAzəri xəbər verir, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə ABŞ-ın dövlət katibi Mayk Pompeoya xitabən deyib: Dünya sizin quldurluq girovunuz olmaqdan imtina edibdir.
Pompeo son tvittində İranı Amerikaya və bu ölkənin müttəfiqlərinə qarşı təhdid və səbatsızlıq amili adlandırıb və İran xalqına qarşı maksimum təzyiq məsələsinə işarə edib.
Səid Xətibzadə Pompeonun bu tvittinə cavab olaraq yazıb: Dörd il maksimum məğlubiyyətdən sonra Pompeo acizanə şəkildə əsassız təbliğata əl atıbdır ki, yaratdığı və qızışdırdığı faciəni bir müvəffəqiyyət kimi qələmə vermiş olsun.
Xətibzadə sonra deyib: «Mühüm xəbər: İnsanlar sadəlövh deyillər və dünya sizin quldurluğunuzun girovuna çevrilməkdən imtina etdi. Tezliklə, xoş gəldiniz!»
Amerika 2018-ci il mayın 8-də qanunsuz şəkildə nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı təzyiq tətbiq etmək üçün hərtərəfli kampaniya təşkil etdi.