Ayətullah Misbah Yəzdinin cənazəsi vida mərasimi üçün İmam Rzanın (ə) pak hərəminə gətirilib
https://azeri.sahartv.ir/news/İran-i371553-ayətullah_misbah_yəzdinin_cənazəsi_vida_mərasimi_üçün_İmam_rzanın_(ə)_pak_hərəminə_gətirilib
Mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsi bu gecə İmam Rzanın (ə) müqəddəs ziyarətgahına gətirilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 03, 2021 07:01 Asia/Baku
  • Ayətullah Misbah Yəzdinin cənazəsi vida mərasimi üçün İmam Rzanın (ə) pak hərəminə gətirilib

Mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsi bu gecə İmam Rzanın (ə) müqəddəs ziyarətgahına gətirilib.

SəhərAzəri Astan News-a istinadən xəbər verir ki, dünən (2 yanvar) Məğrib və İşa namazlarından sonra Qüds Rəzəvi ostanının qəyyumu və bir qrup xuddamının iştirakı ilə sağlamlıq təlimatına uyğun olaraq, Rəbbani alim, filosof, inqilabçı fəqih və mütəfəkkir mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsi üçün vida mərasimi keçirilib.

Mərhum Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin cənazəsini “La ilaha illa Allah, Muhəmməd Rəsulullah (s) və Əliyyən Vəliyullah (ə)” zikrini deyərək çiyinlərində daşıyan xuddamlar, cənazəni təvaf etmək üçün müqəddəs ziyarətgahın Azadi həyətindən mütəhhər hərəmə daxil ediblər. Qurani-Kərimdən ayələrin oxunması və Əhli-Beyt (ə) məddahları və zakirlərinin müsibəti xatırlaması ilə mütəhhər hərəmə gətirilən və xuddamların “Ya İmam Rza (ə)”, “Ya Əba Abdullah Əl-Hüseyn (ə)” və “Ya Sahibəz Zaman (ə.f) nidaları ilə bu mücahidin cənazəsi İmamın (ə) pak zərihi ətrafında təvaf edilib.