Yan 07, 2021 18:03 Asia/Baku
  • Sepah-ın Qüds qüvvələrinin şəhid komandanının yolu davam edəcək

Sepah-ın baş komandanı deyib: Sepah-ın Qüds qüvvələrinin şəhid komandanının və müqavimət sərkərdələrinin yolu davam edəcək və böyük cücərtilərlə hər qövm və qəbilədən olan gənclər İslam yolunda cihada hazırdırlar.

SəhərAzəri xəbər verir, General-mayor pasdar Hoseyn Səlami bu gün Kermanda general-leytenant pasdar Qasem Soleymaninin şəhadətinin ildönümünün yekun iclasında əlavə edib ki, ötən il Kermanda tarixin ən gözəl müşayiət mərasimi keçirildi.

Sepah-ın baş komandanı söyləyib: General Soleymaninin müşayiət mərasimində hamı fəryad edir, ağlayır və göz yaşları tökürdü, zira bu yüksək dərəcəli şəhid bir insan qamətində ilahi ayələrin təzahürü və parıltısı idi. O, Qurani-Kərimdən mərdanə bir simaya malik idi və düşmənlər qarşısında möhkəm və inamla dayanardı.

Sepah-ın baş komandanı deyib: General Soleymani əslində meyar şəxsiyyəti idi. Onun rəftarı və əməli hamı üçün bir meyar oldu.

Teqlər