İran və Azərbaycan Respublikasının ortaq iqtisadi komissiyası Tehranda keçiriləcək
https://azeri.sahartv.ir/news/İran-i371958-İran_və_azərbaycan_respublikasının_ortaq_iqtisadi_komissiyası_tehranda_keçiriləcək
İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi bildirdi ki, gələn həftə Tehranda İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Birgə İqtisadi Komissiyanın 14-cü iclası keçiriləcək.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 12, 2021 17:20 Asia/Baku
  • İran və Azərbaycan Respublikasının ortaq iqtisadi komissiyası Tehranda keçiriləcək

İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi bildirdi ki, gələn həftə Tehranda İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında Birgə İqtisadi Komissiyanın 14-cü iclası keçiriləcək.

SəhərAzəri xəbər verir, İran və Azərbaycan Respublikası arasında İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq Komissiyasının 14-cü iclasının 18 və 19 yanvar tarixlərində Tehranda olacağını qeyd edən İran səfiri bunu iki qonşu ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün vacib adlandırıb.
Qeyd edək ki, İran və Azərbaycan Respublikası arasında keçirilən İqtisadi, Ticarət və Humanitar Əməkdaşlıq Komissiyasının 13-cü iclası 2019-cu il martın 19-da Bakıda keçirilib.
Ölkəmizin səfiri Azərbaycan Respublikasında bir İran Ticarət Palatası yaratmaq planının olduğunu bildirərək deyib: Bu baxımdan, İran və Azərbaycan Respublikasının Birgə Ticarət Palatasının səmərəli fəaliyyəti üçün də səylər göstərilir.
Musəvi əlavə edib ki, Azərbaycan Respublikasına getməkdən öncə bu ölkə ilə həmsərhəd olan İranın dörd vilayətinə səfər edib, orada fəaliyyət göstərən sahibkarlarla, ticarət-sənaye palatalarının rəhbərləri, eləcə də, İran Ticarət, Sənaye, Mədən və Kənd təsərrüfatı Palatasının rəhbərliyi ilə görüşüb. İran sahibkarları Azərbaycan Respublikasıyla əlaqələr qurmaqda çox maraqlı olduqlarını bildiriblər.