«Fateh» sualtı qayığından torpeda atışı uğurla həyata keçirilib
https://azeri.sahartv.ir/news/İran-i372028-fateh_sualtı_qayığından_torpeda_atışı_uğurla_həyata_keçirilib
«Fateh» sualtı qayığı İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının «Dəniz qüdrəti-99» hərbi təlimlərinin yekun etapında ilk dəfə olaraq torpeda atışı əməliyyatını həyata keçirib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 14, 2021 11:39 Asia/Baku
  • «Fateh» sualtı qayığından torpeda atışı uğurla həyata keçirilib

«Fateh» sualtı qayığı İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının «Dəniz qüdrəti-99» hərbi təlimlərinin yekun etapında ilk dəfə olaraq torpeda atışı əməliyyatını həyata keçirib.

SəhərAzəri xəbər verir, gənc və mömin iranlı mütəxəssislər tərəfindən düzəldilmiş «Fateh» sualtı qayığı, uğurlu torpeda atışı ilə öz qabiliyyətlərinin digər bir hissəsini sərgiləyibdir.

«Dəniz qüdrəti-99» hərbi təlimlərinin sözçüsü kontr-admiral Həmze Əli Kavyani deyib ki, PUA əməliyyatının həyata keçirilməsi bu təlimlərdə atılan digər addımlardandır.

Həmçinin bu gün səhər İran İslam Respublikası Ordusunun dəniz qoşunlarının «Dəniz qüdrəti-99» hərbi təlimlərinin yekun etapında bu qoşunların bölmələri müxtəlif tipli dəniz qanadlı raketlərinin atışı ilə öz hədəflərini vurublar.