Yan 18, 2021 13:48 Asia/Baku

İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi deyib: "ABŞ-ın iki ədəd B-52 bombardmançısının regionda uçuşları və geri dönmələrinin əməliyyat baxımından əhəmiyyətli dəyəri yoxdur".

SəhərAzəri xəbər verir, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri ABŞ-ın jurnalistlər qarçısında regiondakı son hərəkətləri barədə deyib: "Son bir ayda ABŞ-ın iki aviadaşıyıcı gəmisi və helikopterdaşıyan gəmisi, həmçinin Corciya sualtı qayığı Fars körfəzindən xaric olub və İran sahillərində 1000 kilometr məsafədə yerləşibdir".

"Düşmənin yumşaq güc nümayişi adlandırdığı bütün hərəkətləri göstərir ki, İran İslam Respublikasının müdafiə gücündən qorxub, vahiməyə düşüblər", - deyə general-leytenant Baqiri qeyd edib.

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb: "İranın Silahlı Qüvvələri, düşmənin onların hazırlığı səbəbindən bir iş görə bilməyəcəyini bilərək, bütün təhdidlərə cavab verməyə tam hazırdır və bu hazırlıq ən yüksək səviyyədədir".

General-leytenant Baqiri silahlı qüvvələrin son hərbi təlimlərini toxunaraq, deyib: "Son 20 gün ərzində quruda, dənizdə, həmçinin hava hücumundan müdafiə, PUA və raket sahəsində 10-dan çox müxtəlif təlim əməliyyatı keçirmişik, yaxın günlərdə quruda da hərbi təlimlərimiz olacaq ki bu da silahlı qüvvələrin ölkəmizin milli maraqları və təhlükəsizliyini qorumaq üçün yüksək hazırlığını göstərir və bu hazırlıq davam edəcək".   

Teqlər