Yan 27, 2021 15:07 Asia/Baku
  • İran bölgənin təhlükəsizliyi haqda təkcə bölgə ölkələrilə dialoq aparır

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini deyib: Tehran «beş üstəgəl bir» ölkələrilə nüvə anlaşmasının icra tərzindən başqa heç bir məsələ barədə danışmayacaq.

SəhərAzəri xəbər verir ki,  İran Xarici İşlər Nazirliyinin Syasi Məsələr üzrə müavini deyib: Tehran Fars Körfəzi bölgəsinin təhlükəsizliyi barədə yalnız heç bir xarici müdaxilə olmadan bölgə ölkələrilə danışmağa hazırdır.

Seyyed Əbbas İraqçi Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir əl-Əhməd Əssəbah ilə görüşdə Amerikanın nüvə anlaşmasına ehtimal olunan qayıdışı qarşısında İran İslam Respublikasının siyasətini şərh edib. Bildirib ki, nüvə anlaşması və ya bu anlaşmadan kənar mövzular barədə heç bir müzakirə mövcud olmayacaq. Amma bütün tərəflərin nüvə anlaşmasının icrasına qayıdışı tərzi «beş üstəgəl bir» formasında müzakirə oluna bilər.

İraqçi bu görüşdə Küveytin Fars Körfəzi ölkələri arasında anlaşma və sazişin bərqərarı sahəsindəki səylərini yüksək qiymətləndirib. O, bölgədə kollektiv təhlükəsizlik üzrə iki mühüm prinsip kimi bölgədən kənar ölkələrin müdaxilə etməmələri və dialoq kimi iki elementə təkid edib.

Görüşdə iki ölkənin məşvərətlərinin davam etməsini alqışlayan Küveytin xarici işlər naziri Şeyx Əhməd Nasir əl-Əhməd Əssəbah da bölgə ölkələri arasında dialoq və müzakirəni ixtilafların aradan qaldırılması üçün yeganə münasib həll yolu adlandırıb.

O, həmçinin Küveytin iki ölkə münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdirilməsinə olan iradəsi və marağına təkid edib.

 

Teqlər