ABŞ dövlət katibinin İranın nüvə anhaşması barədə iddiaları
https://azeri.sahartv.ir/news/İran-i372595-abŞ_dövlət_katibinin_İranın_nüvə_anhaşması_barədə_iddiaları
ABŞ-ın yeni dövlət katibi iddia edib ki, bu ölkənin prezidenti Cozef Baydenin dediyinə görə, İran Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsindəki öhdəliklərini tam yerinə yetirsə, ABŞ da bu nüvə anlaşmasına geri dönəcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Yan 28, 2021 08:54 Asia/Baku
  • ABŞ dövlət katibinin İranın nüvə anhaşması barədə iddiaları

ABŞ-ın yeni dövlət katibi iddia edib ki, bu ölkənin prezidenti Cozef Baydenin dediyinə görə, İran Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsindəki öhdəliklərini tam yerinə yetirsə, ABŞ da bu nüvə anlaşmasına geri dönəcək.

SəhərAzəri xəbər verir, çərşənbə axşamı ABŞ Senatı tərəfindən təsdiqlənən ABŞ-ın yeni  dövlət katibi Entoni Blinken Senat iclasında iddia edib ki, İran Əhatəli Müştərək Təşəbbüs Proqramı çərçivəsindəki öhdəliklərini tam yerinə yetirərsə, ABŞ da bu anlaşmaya qayıdacaq və sonra Vaşinqton müttəfiqləri ilə bərabər bu platformadan uzun müddətli bir razılaşmaya nail olmaq və digər məsələləri, o cümlədən İranın raket məsələsini nəzərdən keçirmək üçün istifadə edəcək.

ABŞ-ın sabiq hökuməti 2018-ci il mayın 8-də nüvə anlaşmasından birtərəfli şəkildə çıxaraq, İrana təzyiq göstərmək üçün hərtərəfli kampaniyaya start verdi.

Tramp, nüvə anlaşmasından çıxmaq və "maksimum təzyiq kampaniyası" adlı səyasəti yürütməklə İranı "daha yaxşı bir razılaşma" əldə etmək üçün danışıqlar masasına oturmağa vadar edəcəyini vəd etmişdi. 

Trampın bu hərəkəti geniş daxili və beynəlxalq qınağa səbəb oldu.

Donald Tramp dörd illik prezidentliyi dövründə bu hədəfə çatmaqdan nakam qaldı.