Yan 28, 2021 20:06 Asia/Baku
  • İran-Türkiyə dəmiryolu daşınması həcmi bir milyon tonadək artacaq

İranın dəmiryolu şirkətinin ictimai əlaqələr şöbəsi bildirib ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirliyi 2021-ci il üçün İran ilə bir milyon tonluq yük daşınması haqda müqavilənin ilkin mətninin imzalanmasından xəbər verib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikasının dəmiryolu şirkəti bu gün bir məlumatda bildirib ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirliyinin yaydığı məlumata əsasən, Türkiyə və İran dəmiryolu şirkətlərinin nümayəndələri yanvarın on ikisi və on üçündə Ankarada bir araya gəliblər və bu çərçivədə iki ölkə arasındakı dəmiryolu daşınmasında yeni dövrün başlanması üzrə bir anlaşma sənədi imzalanıb.

Bu məlumata əsasən, Türkiyə və İran 2020-ci ildə COVID-19 virusunun yayılmasına rəğmən, gündə üç qatardan istifadə ilə 564 min ton yük daşınması həyata keçirə biliblər.

Van gölü vasitəsilə əlli vaqon həcmində ikiqat daşınmanın həyata keçirilməsi yükdaşıma həcminin artmasında təsirli rola malik olubdur.

İran İslam Respublikasının dəmiryolu şirkətinin məlumatına görə, Türkiyənin nəqliyyat və infrastruktur nazirliyi vurğulayıbdır ki, bu istiqamətdə Türkiyə ilə İran arasında yükdaşıma həcminin 2021-ci il perspektivində bir milyon tonadək artırılıması üçün lazım olan bütün tədbirlər görülübdür.

Teqlər