Fev 02, 2021 19:37 Asia/Baku
  • Tehranla Bağdad Şəhid Süleymaninin terrorunu geniş araşdıracaqlar

İran və İraq parlamentləri General Süleymanin terror edilməsi ilə bağlı dösyenin izlənilməsinə təkid ediblər.

SəhərAzəri xəbər verir ki, İran və İraq parlamentlərinin İnsan Haqları Komitəsinin rəhbərləri, İslam İnqilabı Keşikçiləri Korpusu Sepahın Komandiri General Qasim Süleymaninin terror edilməsi ilə bağlı dosye işinin ciddi şəkildə davam etdirməsinin vacibliyini vurğulaybılar.

İslami Şurası Məclisi İnsan Haqları Komitəsinin sədri Zohrə Elahian, İraq Məclisinin İnsan Haqları Komitəsinin sədri "Ərşad Əl-Salehi" ilə  söhbətində, İraqın münafiqlər  qruplaşması  terrorçularının bu ölkəni tərk etmələrindəki  rolunu qiymətləndirərək söyləyib: Bu qruplaşma İran xalqının 17 min nəfərini terror edərək ən mənfur və vəhşicəsinə cinayətlər törədiblər.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü həmçinin İraq tərəfinin terrorizmə qarşı parlament komitnin yaradılması təklifini məmnuniyyətlə qarşılayaraq bu komitənin müxtəlif sahələrdə, o cümlədən mübarizədə rol oynaya biləcəyini söylədi.

Elahian Şəhid General Süleymaninin və Əbu Məhdi Əl-Mühandisin terror edilməsi işinin geniş araşdırılmasının vacibliyini vurğulayaraq  deyib: General Süleymani İraqda qonaq idi və amerikalılar tərəfindən İraq torpaqlarında öldürülməsi bütün beynəlxalq qanunları və  diplomatik qaydaları pozaraq baş Verdi.

İraq parlamentinin insan haqları komitəsinin rəhbəri də  İran İslam Respublikasına başqa ölkələrdəki müsəlmanlara verdiyi dəstəyə görə təşəkkür edərək terrorizmə qarşı iki ölkənin parlamentləri səviyyəsində bir komitə yaradılmasını təklif edib.

 

Teqlər