Fev 11, 2021 14:23 Asia/Baku
  • Sepah-ın quru qoşunlarının «Böyük Peyğəmbər 16» hərbi təlimləri başlanıb

Ölkənin cənub-qərb bölgəsində Sepah-ın quru qoşunlarının «Böyük Peyğəmbər 16» hərbi təlimləri başlanıb.

SəhərAzəri xəbər verir, bu qoşunlarının komandanı general pasdar Mohəmməd Pakpour hərbi təlimlərin başlanmasına işarə ilə deyib: Bu hərbi təlimlər Sepah-ın quru qoşunlarının artilleriya, xüsusi qüvvələr, hücum qüvvələri, zirehli, hava-desant və PUA bölmələri və diviziyalarındakı son müdafiə və zirehli təchizatlarının bir hissəsinin əməliyyat gücünün səviyyəsini yoxlamaq, modern əməliyyat potensialını araşdırmaq, həmçinin son bacarıq və nailiyyətlərin yerindəcə dəyərləndirilməsi məqsədilə keçirilir.

O, sonra söyləyib: Sepah-ın quru qoşunları ölkənin şərq, cənub-şərq, qərb və şimal-qərbinin təhlükəsizliyi kimi həssas məsuliyyətlərin kənarında, ehtimal edilən hər hansı təhdidlə mübarizə üçün tam hazırlığa malikdir.

Teqlər