İranda 168 yeni dərman məhsulu təqdim olunub
“Təmin” əczaçılıq investisiya şirkəti 168 yeni əczaçılıq məhsulunu təqdim edib; onlardan qırxı ilk dəfə İranda istehsal olunur.
“Təmin” əczaçılıq investisiya şirkəti İranın əczaçılıq sənayesində fəaliyyət göstərən ən böyük aktiv holdinqdir. Bütün dərman təmini halqası sahələrində fəaliyyət göstərən bu şirkət İranın dərman məhsulları üzrə ən iri ixracatçı kompleksdir.
“Təmin” əczaçılıq investisiya şirkətinin icraçı direktoru Pouya Fərhət bu şirkətin 168 yeni əczaçılıq məhsulunun təqdimat mərasimində deyib: Məhsullar insan və heyvan dərmanları, həmçinin qida əlavələridir. Bu məhsulların bəziləri koronavirusun müalicəsi üzrə dərmanlardır.
Fərhət sonra deyib: “Təmin” əczaçılıq investisiya şirkəti ötən il İran məhsulları portfelinə yüz otuz məhsul əlavə etdi ki, onlardan otuz məhsul ölkədə ilk dəfə istehsal edilir və ölkə üçün əlli milyon dollarlıq valyuta qənaəti gətiribdir.