Fev 16, 2021 14:30 Asia/Baku
  • Zərif: Tehran-Pekin münasibətləri əhəmiyyətli dərəcədə irəliləyib

Tehran-Pekin münasibətləri son yarım əsrdə əhəmiyyətli irəliləyiş əldə edib beləki bu əməkdaşlıq iki ölkəni etibarlı, qarşılıqlı tərəfdaş halına gətirib.

SəhərAzəri xəbər verir ki, İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı “Çin Xalq” Qəzetinə bir notada diplomatik əlaqələrin qurulmasının 50 illiyinə toxunaraq yazıb "İran-Çin mübadilələrinin uzun bir tarixi var və iki ölkənin öz ticarət və mədəni mübadilələri var ki qədim İpək yolu  vasitəsi ilə qorunub saxlanılmışdır.

İran və Çinin siyasi cəhətdən müstəqil bir xarici siyasətə sadiqliyini vurğulayan Zərif, həmçinin deyib: "2016-cı ilin yanvarında Tehran-Pekin münasibətləri strateji ortaq münasibətlərə yüksəldi və iki ölkə həm iqtisadi sahədə həm beynəlxalq məsələlərdə bi-birini himayə edirlər.

Zərif dünyanın son 50 ildə çox böyük dəyişikliklərə məruz qaldığını da qeyd edərək söyləyib: Çin qlobal iqtisadiyyatda və beynəlxalq siyasi arenada mühüm bir qüvvəyə çevrildi və qlobal gündəmin müəyyənləşdirilməsində fəal iştirakı var və İranda Qərbi Asiyada bir gücdür.

"İran və Çinə yeni bir ortaqlıq yaratmaq üçün hər zamankından daha çox ikitərəfli münasibətləri gücləndirməlidirlər.” deyə zərif sözlərinin sonunda əlavə edib.

 

Teqlər