Sanksiyaların ləğvi və vaksinin ədalətlə paylanması zəruridir
İranın BMT-dəki daimi nümayəndəsi deyib ki, sanksiyaların ləğvi və vaksinin ədalətlə paylanması zəruridir.
SəhərAzəri xəbər verir, Məcid Təxte Rəvançi bildirib: Koronavirusa qalib gəlməyə lazım olan məsələ, inkişaf etməkdə olan ölkələrə yardım, vaksinin yetərincə istehsalı, xalqlar arasında ədalətlə paylanması, eləcə də sanksiyaların qaldırılmasıdır.
İranın BMT-dəki daimi nümayəndəsi bu təşkilatın təhlükəsizlik şurasının «COVID-19 vaksinlərinə münasib əlçatanlığa əminlik» mövzusunda keçirilən yüksək səviyyəli yığıncağında sonra belə deyib: Koronavirus bəşəriyyətin ortaq düşmənidir və insanları irqindən, dinindən və milliyyətindən asılı olmayaraq, hədəfə alır ki, onunla mübarizə aparmaq üçün bütün xalqların real həmrəylik və həmkarlığı zərurət daşıyır.
Peyvəndləmə ilə, koronavirusla mübarizə sahəsində yaranan ümidlərə işarə edən Təxte Rəvançi sonra belə deyib: Koronavirus vaksininin iri həcmdə istehsalı və ədalətli şəkildə paylanması üzrə beynəlxalq səylər təmərküzləşdirilməlidir.
İranın BMT-dəki daimi nümayəndəsi eyni zamanda inkişaf etmiş ölkələrin vətəndaşlarından indiyədək milyonlarla nəfərin vaksin vurdurduğu bir halda, koronavirusla çarpışan inkişaf etməkdə olan ölkələrdən bir çoxunun barmaqların sayı qədər də olmuş olsun belə, vaksin əldə etməmələri kimi məsələni tənqid edibdir.