"İran beş il əvvəlkinə nisbətən çox inkişaf edib"
https://azeri.sahartv.ir/news/İran-i373466-İran_beş_il_əvvəlkinə_nisbətən_çox_inkişaf_edib
sionist rejimin  ABŞ-dakı keçmiş səfiri Vaşinqtonun Tehranla nüvə anlaşmasına qayıtmaq üçün danışıqlar aparmaq qərarını elan etdikdən sonra İranın indi beş il əvvələ nisbətən çox güclü olduğunu söyləyib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 19, 2021 13:53 Asia/Baku

sionist rejimin  ABŞ-dakı keçmiş səfiri Vaşinqtonun Tehranla nüvə anlaşmasına qayıtmaq üçün danışıqlar aparmaq qərarını elan etdikdən sonra İranın indi beş il əvvələ nisbətən çox güclü olduğunu söyləyib.

SəhərAzəri xəbər verir, bunu  Tel-Əvivin Vaşinqtondakı keçmiş səfir və Likud partiyasının beynəlxalq bölməsinin hazırkı rəhbəri Danny Dunnon "Newsweek"ə verdiyi müsahibədə bildirib:

"Onlar (ABŞ) nə gözlədiyini bilirlər. Onlar bu razılaşmanın çatışmazlıqlarından xəbərdardırlar. Artıq bunları bildirdik və Təhlükəsizlik Şurasına bir neçə dəfə izah etdik. Məsələ budur ki, onları tərk edib razılığa qayıtsınlar və ya ön şərt qoysunlar".  

O qeyd edib ki, mövcud vəziyyət beş il əvvəlkindən çox fərqlidir:  

"2021-ci il İranı 2016-cı ilin İranı ilə eyni deyil. Təəssüf ki, bu gün onlar (İran) daha çox inkişaf etmiş vəziyyətdədir".  

Dünən isə sionist rejimin Vaşinqtondakı hazırkı səfiri Gilad Erdan ABŞ prezidenti Co Bayden ilə sionist rejimin baş naziri Benyamin Netanyahu arasındakı dostluğun Vaşinqton ilə Təl-Əviv arasındakı ittifaqı daha da gücləndirəcəyini söyləyib.