Əmir Nəsirzadə: "Kaman 22" PUS-ı İranın ilk iri döyüş PUA-sıdır
https://azeri.sahartv.ir/news/İran-i373691-Əmir_nəsirzadə_kaman_22_pus_ı_İranın_ilk_iri_döyüş_pua_sıdır
İran Ordusunun Hava Qoşunlarının komandiri deyib: " "Kaman 22" PUS-ı ölkənin ilk iri döyüş PUA-sıdır və müxtəlif növ yükləri daşıyaraq, uzun müddətli və uzaq məsafələrə uçma, uzaq hədəfləri müəyyən etmə, izləmə, məlumat toplamaq və fotoşəkil çəkmə qabiliyyətinə malikdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2021 07:54 Asia/Baku
  • Əmir Nəsirzadə:

İran Ordusunun Hava Qoşunlarının komandiri deyib: " "Kaman 22" PUS-ı ölkənin ilk iri döyüş PUA-sıdır və müxtəlif növ yükləri daşıyaraq, uzun müddətli və uzaq məsafələrə uçma, uzaq hədəfləri müəyyən etmə, izləmə, məlumat toplamaq və fotoşəkil çəkmə qabiliyyətinə malikdir.

SaharAzeri xəbər verir, general-mayor Əmir Nəsirzadə əlavə edib: "Bu Pilotsuz Uçuş Aparatı döyüş, optik və elektron müharibə vasitələri ilə təchiz edilib və istehsalın son mərhələsindədir.

O, əlavə edib: "Kaman 22" PUA-sı, həmçinin müxtəlif növ ağıllı sursat daşıyaraq, İranın hava qüvvələrinə yüksək döyüş qabiliyyəti bəxş edəcək".