Zərif İİR-Türkiyə əlaqələrinin irəliləyişinə ümid edir
Mart 19, 2021 16:01 Asia/Baku
-
Zərif İİR-Türkiyə əlaqələrinin irəliləyişinə ümid edir
İran xarici işlər naziri ümidvarlıq edib ki, İran-Türkiyə əlaqələri iki ölkə başçılarının nəzərdə tutduqları strateji münasibətlər istiqamətində genişlənəcək.
SəhərAzəri xəbər verir ki, Məhəmməd Cavad Zərif bu gün Türkiyədə bu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. O, görüşdən sonra bildirib ki, həmin görüşdə ikitərəfli siyasi-iqtisadi əlaqələr, həmçinin iki ölkə arasındakı konsulluq problemləri və ikitərəfli regional əməkdaşlıqlar kimi ikitərəfli mövzular nəzərdən keçirilib.
O, sonra deyib: Ümid edirəm, bu bəhslər üçün yaxşı bir sonluq olacaq və qarşılıqlı əlaqələr iki ölkə başçılarının nəzərdə tutduqları strateji münasibətlər istiqamətində irəliləyəcək.
ZƏRİF İİR-TÜRKİYƏ ƏLAQƏLƏRİNİN İNKİŞAFINA ÜMİD EDİR
Teqlər