Mart 24, 2021 00:02 Asia/Baku
  • Britaniyanın müdafiə naziri: “İrana olan borcumuzu ödəməliyik”

Britaniyanın müdafiə naziri Londonun İrana olan 400 milyon fund-sterlinq borcunun ödənilməli olduğunu vurğulayıb.

  SəhərAzəri xəbər verir ki, İRNA-nın verdiyi məlumata görə, Britaniyanın müdafiə naziri Ben Vallas bazar ertəsi London Times-a verdiyi açıqlamasında bunları deyib: “Bu borcu ödəməli olduğumuzu və İrana ödəmək üçün bir yol tapmalı olduğumuzu açıq şəkildə bildirdik”.

 Nazir borcun ödənilməsində gecikmə ilə əlaqədar olaraq isə, hökumətin borcu ödəmək üçün qanunu poza bilməyəcəyini iddia edib və İrana qarşı sanksiyalar məsələsini qaldırıb.

 Britaniyanın İrana olan 400 milyon fund-sterlinq borcu, 1974 və 1976-cı illərdə 1500 “Chieftain” tankı və 250 zirehli texnikanın İranla satış müqaviləsi ilə əlaqədardır.

 Beynəlxalq Ədalət Məhkəməsi Britaniya tərəfini borclu qəbul etmiş və bunlardan qaynaqlanan zərərləri ödəməyə məhkum etmişdir.

 

Teqlər