Rəbii: İran və Çin əməkdaşlıq sənədi, tərəflər üçün heç bir öhdəçilik ehtiva etmir
https://azeri.sahartv.ir/news/İran-i375105-rəbii_İran_və_Çin_əməkdaşlıq_sənədi_tərəflər_üçün_heç_bir_öhdəçilik_ehtiva_etmir
İran Hökumət Spikeri Əli Rəbii, İran və Çin əməkdaşlıq sənədinin beynəlxalq bir müqavilə, razılaşma və ya anlaşma sayılmadığını, bu sənədin yalnız bir yol xəritəsi olduğunu və tərəflər üçün heç bir öhdəçilik gətirmədiyini söylədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2021 19:55 Asia/Baku
  • Rəbii: İran və Çin əməkdaşlıq sənədi, tərəflər üçün heç bir öhdəçilik ehtiva etmir

İran Hökumət Spikeri Əli Rəbii, İran və Çin əməkdaşlıq sənədinin beynəlxalq bir müqavilə, razılaşma və ya anlaşma sayılmadığını, bu sənədin yalnız bir yol xəritəsi olduğunu və tərəflər üçün heç bir öhdəçilik gətirmədiyini söylədi.

SəhərAzəri xəbər verir ki,Hş. 1400-cü ildə ilk mətbuat konfransında danışan Spiker Əli Rəbii Çin ilə İran arasında imzalanan strateji əməkdaşlıq sənədinin məzmunları və başlıqlarının nəşr olunduğunu və hər kəsin bu sənədə əl çatdıra bildiyini söylədi.

Sənədin tam mətninin nəşr olunmasının tərəflərin təsdiqinə bağlı olduğuna diqqət çəkən Rəbii İran olaraq bunu nəşr etməkdə bir qorxu görmədiklərini, ancaq Çinin görüşünün fərqli ola biləcəyini ifadə etdi.

ABŞ başda olmaq üzrə bəzi ölkələrin İran ilə Çin arasında imzalanan strateji əməkdaşlıq sənədindən narahat olduğuna diqqət çəkən hökümət sözçüsü , İranın milli mənfəətləri çərçivəsində uyğun hesab etdikləri hər hansı bir ölkə  ilə əməkdaşlıq sənədi imzalayacaqlarını qeyd etdi.

Spiker, iran-Çin əməkdaşlıq sənədinin qarşılıqlı hörmət və "udüş- udüş " düsturu çərçivəsində hazırlandığını vurğuladı.