Apr 04, 2021 14:55 Asia/Baku
  • Çinlə müqavilənin imzalanması Amerikaya mühüm bir xəbərdarlıqdır

İran İslam Şurası Məclisinin sədri İran və Çin arasında əhatəli əməkdaşlıq proqramı sənədinin imzalanmasını Amerikaya mühüm bir xəbərdarlıq adlandırıb.

SəhərAzəri xəbər verir ki, Mohəmməd Baqer Qalibaf İran İslam Şurası Məclisinin bugünkü açıq iclasında söyləyib: Xoşbəxtlikdən, sanksiyaların ləğvi üzrə strateji fəaliyyət qanunu nüvə sənayesinin qıfıllarını açdı və birtərəfli oyunun istiqamətini dəyişdi. Səbəb oldu ki, zamanın keçməsi İranın xeyrinə işləsin. Belə ki, əgər əvvəllər, zamanın keçməsi sanksiyaların yerində qalması ilə yanaşı, nüvə sənayesinin bağlı qalması mənasında idisə, hazırda zamanın keçməsi nüvə sənayesinin inkişafına bərabərdir və qarşı tərəf, təxirin əvəzini ödəməlidir.

İranın parlament sədri vurğulayıb: Amerikalılar bilməlidirlər ki, İran sanksiyaları aradan qaldırmaq üçün öz əsas strategiyasını sanksiyaları təsirsiz etmək qərar veribdir və nüvə sənayesinin fəallaşdırılması ilə onlar qərara gəlməli və İrana qarşı sanksiyaları tam və real şəkildə aradan qaldırmalıdırlar və kağız üzərindəki vədlər və ya sanksiyaların aradan qaldırılmasının pozulması, İran xalqının tələblərini ödəmir.

25 illik İran-Çin strateji sənədinə toxunan Qalibaf deyib: Bu sənəd Amerikaya mühüm bir xəbərdarlıqdır ki, bilsin; beynəlxalq münasibətlər sürətlə Amerikanın zərərinə dəyişməkdədir və bu ölkə daha elə mövqedə deyildir ki, birtərəfli şəkildə müstəqil ölkələrə bir meyar, proqram və ya razılaşmanı qəbul etdirə bilsin.

Teqlər