Apr 09, 2021 12:41 Asia/Baku
  • Qırmızı dənizdə İran gəmisinə qarşı hücuma mütləq cavab verəcəyik

İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü vurğulayıb ki, Qırmızı dənizdə İran gəmisinə qarşı hücuma mütləq cavab veriləcək.

SəhərAzəri xəbər verir ki, General pasdar Əbulfəzl Şekarçi Sputnik xəbər agentliyi ilə müsahibədə deyib: Azacıq tərəddüd olmadan, Qırmızı dənizdə İran gəmisinə qarşı hücuma cavab verəcəyik, amma hadisənin qaranlıq cəhətlərinin öyrənilməsinin və təhqiqatın sonunadək səbir edəcəyik.

Şekarçi sonra deyib: Fars Körfəzi ətrafındakı ölkələrdən heç birini öz gəmimizə qarşı hücumda ittiham etmirik.

İran İslam Respublikası Silahlı Qüvvələrinin sözçüsü həmçinin deyib: İttiham barmağı İranın birbaşa düşmənləri olan sionist rejimlə Amerikanın üzərində fırlanır.

İran İslam Respublikası Silahlı Qüvvələri sözçüsünün dediyinə görə, şübhəsiz, İrana zərər vurmaqda və bu ölkəyə qarşı hər bir cəhddə Amerikanın əli var.

İranın «Saviz» adlı ticarət gəmisi aprelin altısında Qırmızı dənizdə və Cibuti ölkəsinin sahilləri yaxınlığında, mənşəyi və formalaşma tərzi araşdırılmaqda olan partlayış nəticəsində cüzi xəsarət aldı.

Deyilənlərə görə, bu hadisə gəminin korpusuna yapışdırılmış minaların partlaması nəticəsində baş verib.

«Saviz» gəmisi ötən bir neçə ildə ticarət gəmilərini müşayiət etmək tapşırığına göndərilən iranlı komandosları himayə etmək məqsədilə Qırmızı dənizdə yerləşibdir.

Teqlər