Apr 22, 2021 09:23 Asia/Baku
  • İran və Pakistan arasında sərhəd bazarlarının yaradılmasıyla əlaqədar razılaşma imzalandı

İran və Pakistan xarici işlər nazirləri, sərhəd bazarlarının yaradılmasıyla əlaqədar bir anlaşma imzaladılar.

SəhərAzərinin İranpress –dən nəql etdiyi xəbərə görə; İran ilə Pakistan arasında sərhəd bazarlarının qurulmasına dayir razılaşma dünən axşam İran Xarici işlər Naziri Məhəmməd Cevad Zərif  və Pakistan Xarici işlər Naziri Şah Mahmud Qureyşinin tərəfindən imzalandı.

Razılaşmada pakistan-İran sərhədi boyunca Pakistanın Bəluçistan əyaləti və İranın Sistan və Bəluçistan vilayətlərində altı sərhəd bazarının qurulması nəzərdə tutulur.

Sərhəd bazarlarının yaradılaraq  sərhəd bölgəsində yaşayan əhalinin arasında  qanuni yollardan qarşılıqlı ticarətin artırılması və rifah səviyyələrinin yüksəldilməsi və qanuni olmayan yolların da önlənməsi hədəflənir.

Sərhəd bazarları meydana gətirmə fikri ilk olaraq 2019-da İran İslam Respublikasının prezidenti  Ruhani ilə Pakistan Baş naziri İmran Xanıv arasında müzakirədən gündəmə gəldi.

 

 

Teqlər