Apr 25, 2021 12:58 Asia/Baku
  • Son hadisələr sionistlərin ağıllarını başlarına yığmalarına səbəb olacaq

İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi şəhid "Hicazi"nin anım mərasimində çıxışı zamanı son günlərdə Fələstinin işğal olunmuş ərazilərində baş verən hadisələrə münasibət bildirib.

SəhərAzəri xəbər verir ki, general-​leytenant Məhəmməd Hüseyn Baqeri deyib: "Sionist rejim Suriyada davamlı zərbələr endirə biləcəyini, dənizdə zərər verə biləcəyini və cavab almayacağını düşünür. Əlbəttə son günlərdə baş verənlər sionistlərin ağıllarını başlarına toplamalarına səbəb olacaq. Müqavimət cəbhəsinin gələcəyi parlaqdır".

General-leytenan Baqeri əlavə edib: "Bu hadisələri kimin törətdiyini bilmirik, ancaq müqavimət cəbhəsi sionistlərə sərt cavab verəcək".

Sionistlərin təxribatının davam edəcəyi təqdirdə,İranın cavabı necə olacaq sualına isə general Baqeri belə cavab verib: "Hələ İranın cavabının necə olacağı bəlli deyil, amma İsrail rejimi sakit yatmaya bilər".

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın komandan müavini general Seyid Məhəmməd Hicazi Müqəddəs Müdafiə dövründən qalan kimyəvi bir komplikasiya səbəbindən aprelin 18-də şəhid yoldaşlarına qovuşdu.

Teqlər