Nüvə anlaşması üzrə birgə komissiyanın müzakirələri davam edir
May 09, 2021 14:30 Asia/Baku
İran və dörd üstəgəl bir qrupunun nümayəndə heyətləri Avstriyanın paytaxtı Vyanada nüvə anlaşması üzrə birgə komissiya çərçivəsində öz müzakirələrini davam etdiriblər.
İran və dörd üstəgəl bir qrupunun nümayəndə heyətləri arasındakı məşvərətlər intensiv və sıx şəkildə davam edib.
İranlı heyətin sədri Seyyed Əbbas Əraqçi ilə digər heyətlərin sədrləri, həmçinin Avropa Birliyinin xarici xidmət üzrə baş direktor müavini Enrike Mora arasında görüşlər, eləcə də üç Avropa ölkəsilə dördtərəfli iclas keçirilib.
NÜVƏ ANLAŞMASI KOMİSSİYASININ MÜZAKİRƏLƏRİ DAVAM EDİR