Nətənzdə qızılgül yığımı
https://azeri.sahartv.ir/news/İran-i376827-nətənzdə_qızılgül_yığımı
İranın Nətənz rayonunun bağları və tarlalarından 83 hektar ərazidə qızılgül yığımı başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 09, 2021 17:21 Asia/Baku
  • Nətənzdə qızılgül yığımı
    Nətənzdə qızılgül yığımı

İranın Nətənz rayonunun bağları və tarlalarından 83 hektar ərazidə qızılgül yığımı başlanıb.

SəhərAzəri  xəbər verir: Yaz fəslinin başlanması və qızılgüllərin çıxması ilə Nətənzdə fermerlər və bağ sahibləri bu məhsul yığımı ilə məşğul olurlar.

Bu rayonun əkin sahələrinin 230 hektarında qızılgül becərilib.

Nətənz rayonunun əkin və bağ ərazilərinin on iki min hektarından 230 hektarı qızılgül becərilməsinə ayrılıb. Nətənz rayonundakı fərqli iqlimə əsasən, aprelin dördündən başlayan qızılgül yığımı mayın 21-dək davam edəcək.

Nətənz rayonunda ənənəvi gülabtutma emalatxanaları keçmişdən bu günədək fəaliyyət göstəriblər.

Nətənz rayonunda on iki gülabtutma emalatxanası ənənəvi surətdə fəaliyyət göstərir. Bu iş, yəni gülab tutmaq qədim zamanlardan bəri bu rayonda mövcud olub.

Nətənz rayonunun mülayim və dağ iqliminin müxtəlifliyinə görə, bu rayonda qızılgüldən istehsal edilən gülab əla keyfiyyət, dad və ətrə malikdir.