Hormozqan bağlarında manqo yığımı
Manqo və ya meyvələrin sultanı A, B, C vitaminləri, karbohidratlar, yağlı turşular, zülallar, üzvi turşular və minerallarla aşıb-daşır. İranın Hormozqan vilayətində yerləşən Minab rayonunun manqo bağları münasib iqlim şəraitinə görə, İranda manqo istehsalının mühüm mərkəzlərindən biridir.
SəhərAzəri-nin məlumatına əsasən, Aprelin 20-si Hormozqan bağlarından meyvələrin sultanının yığımı müjdəsini verir.
Burada, Minabda bağ sahibləri meyvələrin sultanı kimi tanınan yetişməmiş manqo yığımı ilə məşğuldurlar.
Hər manqo ağacından orta hesabla 120 kilo məhsul yığılır. Hormozqan 300 hektardan çox manqo bağı ilə, bu meyvə istehsalı sahəsində İranda birinci yerdə gedir.
Hormozqan vilayətinin bağlarında altı sort manqo meyvəsi var.
Bura da manqo məhsulunun emal olunduğu obyektlərdən biridir və ondan on sortdan çox məhsul istehsal edilir.
Hormozqan vilayətində turşu emalı üzrə altı sənaye obyekti daxili ehtiyacı təmin etməkdən əlavə, xarici müştərilərə də malikdir.
Manqo məhsulunun yığımı avqustun sonlarınadək davam edir.
Proqnozlara görə, bu il Hormozqan bağlarından 16 min tondan çox manqo məhsulu yığılacaq.