İnqilab Rəhbərinin dəstəyinə görə
Fələstinli müqavimət qrupları Ali Məqamlı Rəhbərə təşəkkür ediblər
Fələstinin müqavimət hərəkatlarından bir neçəsi ayrı-ayrılıqda məktub ünvanlayaraq bu il Beynəlxalq Qüds Günü göstərdiyi mövqeə görə İranın Ali Məqamlı Rəhbərinə təşəkkür ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin müqavimət hərəkatlarının ünvanladığı bu məktublarda İran İslam Respublikası və Ali Məqamlı Rəhbər Həzrət Ayətullahül-üzma Xameneinin Fələstin xalqının müqavimətini dəstəkləməsi, sionist rejimini rəsmi olaraq tanımaması, Qüdsü-şərifin azad olacağı vaxta kimi müqavimət yolunun davam edəcəyini vurğulamasına görə bir daha təşəkkür edilib, Ali Məqamlı Rəhbərin bu ilin Beynəlxalq Qüds Günündəki bəyanatı Fələstinin azadlığı üçün yol xəritəsi adlandırılıb.
Fələstinli qruplar öz məktublarında İran İslam Respublikasının İslam ölkələrinin arasında vəhdət və müqavimət mehvəri olaraq rolunu vurğulayıblar, Fələstin ideyalarını diri saxladığı üçün şəhid Qasim Süleymaninin adını və xatirəsini uca tutublar.
Qeyd edək ki, Ali Məqamlı Rəhbər 7 may Beynəlxalq Qüds Günü televiziya vasitəsilə fars və ərəb dillərində etdiyi canlı çıxışında müqavimət qüvvələrinin gücünün kəmiyyət və keyfiyyət baxımından inkişafına toxundu, işğal edilmiş ərazilərdə güc balansının İslam dünyasının xeyrinə dəyişdiyini bildirdi.