İran koronaya qarşı 7 milyon 500 min doza vaksin idxal edib
May 25, 2021 18:19 Asia/Baku
İran Qırmızı Aypara Cəmiyyətinin baş katibi ölkəyə 7 milyon 500 min doza korona vaksininin idxal edildiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, «Vaksinin əldə olunması olduqca çətin bir məsələ olanda İran Qırmızı Aypara Cəmiyyəti öz beynəlxalq imkanlarından çox yaxşı istifadə etdi»- Mohəmməd Həsən Qusiyan Moqədəm belə deyib.
«192-dən çox ölkə ilə anlaşmaya malikik və valyuta yerdəyişməsi də bu anlaşma və İran Qırmızı Aypara Cəmiyyətinin vasitəsi ilə həyata keçirilir- deyə Qusiyan Moqəddəm qeyd edib.
Teqlər