İran ilə Azərbaycan arasında qaz və ticarət əlaqələri inkişaf etdirilir
İranın neft naziri Azərbaycan Respublikasının baş nazir müavini ilə görüşdə iki ölkənin qaz və ticarət əlaqələrinin inkişafına təkid edib.
SəhərAzəri-nin məlumatına əsasən, Bijən Namdar Zəngənə bu gün Şahin Mustafayevlə görüşdə deyib ki, İran-Azərbaycan Respublikası əlaqələri bu illərdə bütün sahələrdə yaxşı inkişaf edib və onun neft, qaz və eneji sektorlarındakı kulminasiya nöqtəsi Xəzər dənizində müştərək yataqların inkişafında olubdur.
Azərbaycan Respublikasının baş nazir müavini də bu görüşdə deyibdir ki, İran-Azərbaycan Respublikası əlaqələri son illərdə inkişaf edib və bu inkişaf iki ölkə prezidentlərinin siyasi iradəsinə görə olubdur.
Şahin Mustafayev qeyd edib ki, iki ölkə əlaqələri fərqli və çeşidli sahələrdə diqqətəlayiq və sıx irəliləyişlərə malik olub və konstruktiv dialoqlarla özünü göstərə bilər.
Mustafayev həmçinin deyib ki; 2004-cü ildən bəri Naxçıvan Muxtar Respublikasına lazım olan qaz İran tərəfindən təmin olunur və biz bu cəhətdən minnətdarlıq edirik.