İyun 01, 2021 13:02 Asia/Baku
  • İran

İranın Milli Neft Şirkətinin İnkişaf və Mühəndislik nazirinin müavini Reza Dehqan ölkəsinin ən böyük neft yatağı olan "Azadeqan" neft yatağının işlənməsi üçün ciddi qərarlı olduğunu bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, nazir müavini müsahibəsində bildirib ki, yerli şirkətlər "Azadeqan" yatağının işlənməsi üçün ilkin araşdırmalar aparıblar.

Onun sözlərinə görə, tədqiqatlar aparıldıqdan sonra bu şirkətlərin texniki və maliyyə təklifləri İran Milli Neft Şirkəti tərəfindən təsdiqlənərsə, müqavilə ilə bağlı danışıqlara başlanacaq.  

Həmçinin Dehqan Çin şirkətinin "Azadeqan" neft yatağının işlənməsi layihəsində iştirak etməkdə maraqlı olduğunu vurğulayıb. 

  Qeyd edək ki, dünyanın ən iri on neft yatağından biri sayılan "Azadeqan" yatağı İranla İraq arasındakı ortaq sərhəddə yerləşir. 

 

Teqlər