İyun 02, 2021 22:46 Asia/Baku
  • Qəribabadi:

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi, danışıqların mühüm və həssas mövzulara çatdığını bildirərək, deyib: "İran nüvə sahəsində Əhatəli Müştərək Təşəbbüs Proqramından kənar heç bir öhdəliyi qəbul etmir".

SəhərAzəri-nin məlumatına əsasən, Kazim Qəribabadi əlavə edib."Bütün sanksiyalar həm ləğv olunmalı, həmdə onların ləğvinin doğruluğu təsdiq edilməlidir".

Yüksək vəzifəli iranlı diplomat, həmçinin iki-üç tur əvvəldən sanksiyaların qaldırılması, nüvə öhdəlikləri və bu öhdəliklərin necə yerinə yetirilməsi barədə mətnin yazıldığını və hazırda müzakirə edildiyini bildirib. 

O, sözlərinin davamında deyib: "Danışıqların hər bir turunda fikir ayrılıqları azalıb, lakin hazırda ciddi və açar məsələlərə çatıbdı".

Qəed edək ki, İranın xarici işlər nazirinin müavini Seyid Abbas İraqçi daha əvvəl Vyana danışıqlarında yaxşı irəliləyişin olduğunu, lakin danışıqların bu turda başa çatacağından əmin olmadığını söyləyib.

Teqlər