İran agentliyin siyasi mövqe tutması barədə xəbərdarlıq edib
İyun 08, 2021 18:59 Asia/Baku
İranın Vyanada yerləşən beynəlxalq təşkilatlar yanındakı səfiri bildirib ki, MAQATE baş direktorunun son mövqeyi, agentliyin katibliyinin İranla həmkarlıqlar qarşısındakı birtərəfli münasibətindən və qarşılıqlı anlaşma və əməkdaşlıq səviyyəsinə göz yummaqdan söz açır və bu, iki tərəf arasında gələcək anlaşmalar üçün maneəyə çevrilə bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Kazem Qəribabadi medialarla müsahibədə bildirib ki, agentliyin məlumatı, İran ilə onun arasındakı həmkarlıq keçmişi ilə uyuşmur.
O, deyib ki, bu məlumat mötəbər də deyil, zira istinadediləsi mənbələrə söykənmir. Həmçinin qaneedici də deyil, çünki əldə olunmuş bütün irəliləyişləri və həmkarlıq cəhətlərini əks etdirmir.