İyun 09, 2021 12:26 Asia/Baku
  • Dəmir yolu sahəsində əməkdaşlıq memorandumu imzalandı

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dəmir yolu sahəsində əməkdaşlıqların inkişaf etdirilməsi üzrə memorandum imzalanıb.

SəhərAzəri-nin məlumatına əsasən, əməkdaşlıq memorandumunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir yolu Şirkətinin icra direktoru Səid Rəsuli və Azərbaycanın Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov imzalayıb.

Memoranduma əsasən, iki ölkənin məhsul tranziti ildə 2 milyon ton artacaq.

Hər iki tərəf memorandum çərçivəsində dəmiryol əməkdaşlıqlarının inkişaf etdirilməsi barədə razılığa gəliblər.

Həmçinin, İranın yol və şəhərsalma naziri Məhəmməd İslami bu gün İranla Azərbaycan Respublikası arasında bir sıra anlaşma sənədlərini imzalamaq və birgə layihələri müzakirə etmək məqsədilə Bakıya daxil olub. 

Qeyd edək ki, ötən ildə koronavirus pandemiyasının yayılmasına baxmayaraq, iki ölkə arasında dəmir yolu vasitəsi ilə məhsul tranziti 480 min tondan çox olub.

 Son bir ildə şimal-cənub dəhlizində malların mübadiləsi 18 faiz, Astara gömrük-keçid məntəqəsindən tranzit yük daşımaların həcmi isə 25 faiz artıbdır.

Teqlər