İranlı mütəxəssislərdən daha bir ilk;
«Dena» destroyeri ordunun dəniz qüvvələrinə qatılıb
Yerli məhsullar olan «Dena» destroyeri və «Şahin» tipli mina ovlayan hərbi gəmi təqdim edilərək, İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinə qatılıblar.
SəhərAzəri-nin məlumatına əsasən, «Dena» modern destroyeri və «Şahin» tipli mina ovlayan hərbi gəmi bu gün İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin video-konfrans formasındakı iştirakı ilə İranın cənubunda yerləşən Hormozqan vilayətinin mərkəzi olan Bəndər-Abbas liman şəhərində təqdim edilərək, İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinə qatılıblar.
İran İslam Respublikasının prezidenti bu mərasimdə deyib ki, İranın silahlı qüvvələri iranlı mütəxəssislərin bacarığına söykənərək, iqtisadi müstəqiliyə çatıblar.
İranın müdafiə naziri briqada generalı Əmir Hatəmi də tamamilə yerli məhsullar olan «Dena» destroyeri və «Şahin» tipli mina ovlayan hərbi gəmisinin ordunun dəniz qüvvələrinin birinci məntəqəsində bu qoşunlara qatılması mərasimində deyib ki, «Dena» destroyeri ölkənin maraqlarının müdafiəsi sahəsində İran İslam Respublikası Ordusunun dəniz qüvvələrinin sürəti və çevikliyini artıracaq.
O, sonra bildirib ki, bu esmines müxtəlif gəmi, qayıq və bölmələri müşayiət etmək və qorumaq qabiliyyətinə malikdir və dəniz qüvvələri bu gəmiyə malik olmaqla dəniz təhlükəsizliyinin təmini sahəsində İranın rolunu keçmişdəkindən daha çox artıracaq.
İranın müdafiə naziri həmçinin İran İslam Respublikasının 2500 kilometrlik su sərhədinə işarə edərək, deyib ki; bizim region və dünya ölkələrinə mesajımız, sülh və dostluqdur və İran İslam Respublikası sübut edibdir ki, mötəbər və etimadolunası bir ortaqdır.