Bütün dünya bu gün İran seçkilərinə baxır
İran prezidenti 13-cü prezident seçkilərində iştirakdan sonra bildirib ki, prezident seçkiləri ölkənin ən mühüm seçkilərindəndir.
SəhərAzəri-nin məlumatına görə, İran prezidenti vurğulayıb ki, bu gün bütün dünya İran seçkilərinə baxır.
Xalq yaxşı bilir ki, bu seçkilər özünün və İslam Respublikası quruluşunun müqəddəratı üçün nə qədər əhəmiyyətlidir- deyə Həsən Ruhani vurğulayıb.
Xalqdan istəyirəm ki, namizədlərin qeydiyyatından əvvəlki mərhələlərindən bu yana mövcud olmuş problemlərə əhəmiyyət verməsin və seçki məntəqələrində iştirakla nəzərdə tutduğu namizədə səs versin- Ruhani bildirib.
Seçkilərin təxir olmadan və təyin olunmuş zamanda icra edilməsinə toxunan Ruhani deyib ki, daxili işlər nazirinin bu gün təqdim etdiyi məlumatda qeyd olunubdur ki, təhlükəsizlik baxımından ölkə boyu hətta bir hal belə əmin-amansızlıq mövcud olmayıb və bu, çox dəyərlidir.
İran prezidenti həmçinin deyib ki, bu gün bütün ölkədə və müxtəlif vilayətlərdə anbaan məlumdur ki, neçə nəfər seçkilrədə iştirak edib və kimliyin elektron sistem vasitəsilə öyrənilməsi yaxşı şəkildə həyata keçirilməkdədir.