İranda 5 elm təməlli milli layihə istifadəyə verilib
İranın üç vilayətində prezidentin əmri ilə elmə əsaslanan 5 milli layihə istifadəyə verilib.
SəhərAzəri-nin məlumatına əsasən, Kaşanın Təməl Elmlər İnstitutunun Milli Rəsədxanası, Tehran Universitetinin elektrikli şəhər avtobusunun elektrik hərəkət qüvvəsinin inkişafı layihəsi, Tehranın Beynəlxalq Sərgisində İran istehsalı olan elm əsaslı ixrac məhsullarının daimi sərgisi, Həsən Ruhaninin videokonfrans formatında iştirakı ilə Tehran, İsfahan və Kirmanşah vilayətlərində istifadəyə verilən elm təməlli layihələrdəndirlər.
Həmçini, Tehran, İsfahan və Kaşanda yaradıcılıq evləri və Kirmanşahın Elm və Texnologiya Parkında innovasiya fabriki bu gün prezidentin sərəncamı ilə ölkənin innovasiya ekosisteminin inkişafı məqsədilə açılışı olan digər milli layihələrdirlər.