İyul 13, 2021 13:59 Asia/Baku
  • İran NATO baş katibinin anti-İran sözlərini pisləyib

İranın Brüsseldəki səfirliyi kəskin bir bəyanatda NATO baş katibinin qəsbkar sionist rejimin xarici işlər naziri ilə görüşündəki anti-İran sözlərini pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, İran səfirliyi bu bəyanatda bildirib ki, bu kimi sözləri dilə gətirmək üçün lazım olan həyasızlıq bir yana qalsın, nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-yə və heç bir beynəlxalq tərkisilah müqaviləsinə üzv olmayan bir rejimin nümayəndəsinin kənarında durmaq, NATO baş katibinin iddia etdiyi etibarın artmasına heç bir kömək etməyəcək.

İran səfirliyi bu bəyanatda vurğulayıb ki, NATO baş katibinin sözləri gerçəkliklərdən məsuliyyətsizcəsinə yayınmaq və yayındırıcı bir hərəkətdir. O, qeyd edib ki, İran nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-yə və bioloji silahlar konvensiyasına üzv olaraq, onları tam şəkildə icra edir.

İşğalçı sionist rejim Qərbi Asiyada nüvə silahlarına malik olan yeganə tərəfdir.

Müxtəlif məlumatlara əsasən, sionist rejim dünyanı məhvə doğru sürükləyə bilən üç yüzə yaxın nüvə başlığına malikdir.

Bu qəsbkar rejim indiyədək nüvə silahlarının yayılmaması müqaviləsi- NPT-ni imzalamaqdan boyun qaçırıb və bu sahədə, başda Amerika olmaqla Qərb ölkələrinin himayələrinə malikdir.

NATO baş katibi Yens Stoltenberg dünən Brüsseldə sionist rejimin xarici işlər naziri Yair Lapidlə görüşdə sionist rejimin tərki-silah mexanizmləri və nüvə silahlarının yayılmaması sisteminə öhdəsizliyi və bu rejimin cinayətlərini görməməzliyə vuraraq, İrana ittiham vurmağı təkrar edib.

Stoltenberq bu görüşdə əsassız və gülünc bir ifadədə İranı NPT müqaviləsi qarşısındakı öhdəliklərinə, eləcə də BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əməl etməməkdə ittiham edib.

NATO baş katibinin anti-İran sözlərinin fonunda qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dəfələrlə Tehranın nüvə anlaşmasına sadiq qaldığına və İranın nüvə fəaliyyətlərinin sülhsevər olduğuna təkid edibdir.

Teqlər