İyul 14, 2021 17:59 Asia/Baku
  • Ali məqamlı rəhbərin insan hüquqları mövzusunda kitabı Azərbaycan türkcəsinə tərcümə edilib

İranın Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun mədəniyyət attaşesinin səyləri sayəsində Həzrət Ayətullahül-üzma Xameneinin insan hüquqları ilə bağlı fikirlərini özündə cəmləşdirən kitab Azərbaycan türkcəsinə tərcümə və nəşr edilib.

SəhərAzəri-nin məlumatına əsasən, İranın mədəniyyət attaşesi Əbülfəzl Rəbii deyib: "İnsan hüquqlarının və insan ləyaqətinin qorunması hər cəmiyyətdə əsas və düşündürücü məsələlərdən biridir. Fərqli ölkələrin hökmdarları zahirən olsa da belə bir təhər insan haqlarından bəhs etməyə çalışırlar"

"Ali Məqamlı Rəhbər müxtəlif çıxışlarında və müxtəlif mərasimlərdə bu vacib məsələ ilə bağlı fikirlərini açıqlyıb və bütün dünyaya elan edibdir. Bu kitabda Ayətullahül-üzma Xameneinin insan haqları və onun ən böyük yalançı idiaçısı yəni ABŞ tərəfindən bəzi pozuntuları ilə bağlı açıqlamaları və baxışları tərtib edilib", - o, əlavə edib.

Bu kitab İranın Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğunun mədəniyyət attaşesinin səyləri sayəsində tərcümə edilib. 

Maraqlananlar https://nakhchivan.icro.ir saytına daxil olaraq bu kitabın elektron versiyasını yükləyə bilərlər.

Teqlər