Silahlı qüvvələr təhdidlərlə mübarizəyə hazırdırlar
https://azeri.sahartv.ir/news/İran-i379074-silahlı_qüvvələr_təhdidlərlə_mübarizəyə_hazırdırlar
İran İslam Respublikası Ordusunun baş komandanı vurğualyıb ki, şərq sərhədlərində heç bir nigarançılıq yoxdur və silahlı qüvvələr böyük təhdidlərlə mübarizə üçün həmişə hazırdırlar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 15, 2021 08:21 Asia/Baku
  • Seyid Əbdurrəhim Musəvi
    Seyid Əbdurrəhim Musəvi

İran İslam Respublikası Ordusunun baş komandanı vurğualyıb ki, şərq sərhədlərində heç bir nigarançılıq yoxdur və silahlı qüvvələr böyük təhdidlərlə mübarizə üçün həmişə hazırdırlar.

SəhərAzəri-nin məlumatına əsasən,  General-mayor Seyid Əbdurrəhim Musəvi ölkənin şərq sərhədlərindən baxış keçirərkən deyib ki, Əfqanıstan xalqı ilə ortaq köklərə görə, onun üçün sağlamlıq, asayiş və təhlükəsizliyə maraqlı olaraq, öz əfqan bacı-qardaşlarımızın durumuna görə, nigaranıq.

Ordunun baş komandanı sonra bildirib ki, İranın silahlı qüvvələri illər boyudur ki, özünü böyük təhdidlərlə mübarizəyə hazırlayıblar və əgər bir hadisə baş verərsə, sürət və qüdrətlə onu həll edəcəklər.

General Musəvi vurğulayıb ki, şərq sərhədlərində heç bir nigarançılıq yoxdur və əlbəttə, heç bir vəchlə Əfqanıstanın durumundan sui-istifadə edərək, bir iş görə biləcək kəslərin pozğun hərəkətləri qarşısında sayıqıq.

İran İslam Respublikası Ordusunun baş komandanı radioelektron mübarizə, PUA sistemləri və şərq sərhədləri üzrə monitorinq mərkəzlərindən baxış keçirib.