İranın hava qüvvələri iqtisadi müstəqilliyə çatıb
-
İranın hava qüvvələri
İran İslam Respublikası Ordusunun Hərbi Hava Qoşunları komandanının müşaviri deyib ki, ordunun hava qüvvələri təyyarə detallarının təmini sahəsində iqtisadi müstəqilliyə çatıbdır.
SəhərAzəri-nin məlumatına əsasən, Briqada generalı Hüseyn Çitfuruş bildirib ki, müqəddəs müdafiə dövründə İran İslam Respublikası sanksiya altında idi və təyyarə detallarının təmini üçün xaricə ehtiyac duyurduq.
O, qeyd edib ki; bu gün İran detalların təmini sahəsində az sayda dünya ölkələrindən biri olaraq, bölgədə öndə gedir. Bu, şüar yox, bir gerçəklikdir.
General Çitfuruş deyib ki, İranın hava qoşunlarının mütəxəssisləri daxili bacarığa söykənməklə bir çox xarici qırıcısı üzərində əks-mühəndislik edə bilirlər.
İran İslam Respublikası Ordusunun Hərbi Hava Qoşunlarının komandan müşaviri düşmənin planını xalqı ölkə və inqilabın amallarından soyutmaq və ümidsiz etmək adlandırıb.
“Düşmənlərimiz inqilabçı xalqın ən böyük silahları olan bəsici, şəhadətsevər və aşurayi təfəkkürünü məhv etmək ardıncadırlar, lakin buna müvəffəq olmayacaqlar”-deyə, briqada generalı Hüseyn Çitfuruş vurğulayıb.