Təxti Rəvançi: "BMT-nin Təhlükəsizlik Şurası İsrailin bölgədəki yeni avantürası qarşısında dayanmalıdır".
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi BMT-nin Təhlükəsizlik Şurasının İsrailin bölgədəki yeni avantürası qarşısında dayanmalı olduğunu vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məcid Təxti rəvançi cümə günü öz Tvitter səhifəsində yazıb: "Bu gün İsrail və tərəfdarları, bölgənin sularında baş verən son hadisələr haqqında yalan məlumatlar təqdim edərək, BMT Təhlükəsizlik Şurasını İranı qınamağa inandırmağa çalışdılar, amma buna nail ola bilmədilər".
Təxti Rəvançi bu iddiaları qəti şəkildə rədd etdiklərini söyləyib.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi sözlərinin davamında yazıb: "BMT Təhlükəsizlik Şurası İsrailin bölgədəki yeni avantürası qarşısında dayanmalı və onun hiylgərlik və saxtakarlıqlarını rədd etməlidir".
İyunun 30-da sionist milyarder Eyal Oferə məxsus "Zodiac Maritime" şirkəti "Mercer Street" adlı gəmisinin Oman dənizində PUA hücumuna məruz qaldığını bildirib.
Ondan sonra sionist rejimin baş naziri Neftali Bennet İddiasını sübut edə biləcək heç bir dəlil təqdim etmədən iddia edib ki, onların məlumatları gəminin İran tərəfindən vurulduğunu göstərir.