İranda ilk ixtisaslaşdırılmış uşaq nüvə tibb mərkəzinin açılışı
Avq 15, 2021 06:34 Asia/Baku
-
Əli Əkbər Salehi
İranda ilk ixtisaslaşdırılmış uşaq nüvə tibb mərkəzinin açılışı olub.
SəhərAzəri-nin məlumatına əsasən, Dünən keçirilən açılış mərasimində İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi, təşkilatın müdirləri, həmçinin Uşaq Tibb Mərkəzi Xəstəxanasının rəsmiləri iştirak ediblər.
Əli Əkbər Salehi bu mərasimdə xəstəlik baxımından çətin vəziyyətdə olan uşaqlara işarə edərək belə söyləyib: Bu gün uşaq nüvə tibb şöbəsinin açılması ilə xəstəlik baxımından çətin şəraitdə olan uşaqların ehtiyaclarının təmin edilməsi istiqamətində böyük və əhəmiyyətli addımların atılmasının şahidiyik və biz bu yolda sürətlə hərəkət etməliyik.
Salehi sonra bildirib ki, İranın Atom Enerjisi Təşkilatı nüvə tibbi sahəsində bacardığı qədər işlər görüb.
Teqlər