İranın bitki dərmanları Türkiyəyə gedir
Qızılgül və dərman bitkilərinin emalı sənayesi sahəsində çalışan bir ticarət və texnologiya heyəti Türkiyəyə gedəcək.
SəhərAzəri-nin məlumatına əsasən, səfərdə məqsəd, bu sahədə iki ölkə əlaqələri və anlaşmalarının yüksəldilməsidir.
Startap və yaradıcı şirkətlərin maliyyə dəstəklərinə malik olmaları, ölkənin ətirli və dərman bitkiləri sektoru mütəxəssislərinin bu heyəti müşayiət etmələri və Türkiyənin bu sahədəki texnoloji infrastrukturları ilə tanış olmaq, bu ölkəyə səfərin məziyyətlərindəndir.
Türkiyənin ətirli və dərman bitkiləri üzrə əkin sahələrində olmaq, qızılgüldən ətir və kosmetik-gigiyenik vasitələrin düzəldilməsi, efir yağının alınması sahəsində üstün şirkətlərə baş çəkmək, qızılgül sahəsində Türkiyənin mühüm və qabaqcıl sənaye sahələrində olmaq, bu ölkənin elmi-ticari fəalları ilə birgə iclasın keçirilməsi, Türkiyəyə ixracatın genişləndirilməsi və ticarət müzakirələrinin aparılması, həmçinin bazarla tanışlıq məqsədilə həyata keçirilən bir səfər.