Avq 21, 2021 18:45 Asia/Baku
  • İran Prezidenti hökumətin iqtisadi komandasının koordinasiyası zəruriliyini vurğulayıb

İran İslam Respublikası prezidenti, 13-cü Nazirlər Kabinetinin üzvlərinin araşdırılması iclasında, xüsusilə insanların məişət problemlərinin həllində hökumətin iqtisadi komandasının koordinasiyasının vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi bu gün İslam Şurası MKəclisində 13-cü Nazirlər Kabinetinin üzvlərinin araşdırılması iclasında deyib: "Hər kəsin bir məsuliyyəti var və məsuliyyətinə görə cavabdeh olmalıdır".

İran prezidenti əlavə edib: İqtisadiyyat naziri, Mərkəzi Bank, Proqram və Büdcə Təşkilatı, Kənd Təsərrüfatı Nazirliyi və Sənaye, Mədən və Ticarət Nazirliklərinin hamısı məsuliyyət daşıyırlar və qanun, parlament və prezident qarşısında cavabdeh olmalıdırlar".

Rəisi, hökumətin bütün insanların süfrəsi və məişəti ilə bağlı məsuliyyət daşıdığını vurğulayaraq, deyib: "Prezident, birinci vitse -prezident, nazirlər və istənilən sektorun məsul şəxsləri  bu mövzuda məsuliyyət daşıyırlar".

Rəisi əlavə edib: "Nazirlərin hər biri söz sahibidirlər və öz sahələrində hüquqi səlahiyyətlərə malikdirlər, lakin bu, bir əməkdaşlığa, sinerjiyə və koordinasiyaya səbəb olacaq".

Bu gün prezident İbrahim Rəisinin 19 üzvdən ibarət nazirlər kabinetinə etimad sessiyası İran İslam Şurası Məclisində Məhəmməd Baqir Qalibafın sədrliyi və deputatların əksəriyyətinin iştirakı ilə başlayıb. 

Sessiyada prezident İbrahim Rəisi də iştirak edir. 

Teqlər