Avq 23, 2021 18:41 Asia/Baku
  • Yaponiya xarici işlər naziri
    Yaponiya xarici işlər naziri

Yaponiyanın xarici işlər naziri Tosimitsu Motegi dünən Tehrada İran İslam Respublikasının prezidentilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən Seyid İbrahim Rəisi bu görüşdə iqtisadi və ticari münasibətlər xüsusiyyət təşkil etməklə bütün sahələrdə iki ölkə əlaqələrinin inkişaf etdirilməsi və dərinləşdirilməsi vacibliyinə təkid edib.

Bildirib ki; Yaponiya ilə əlaqə, həmçinin ikitərəfli əlaqə və münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi İran İslam Respublikası üçün yüksək önəm kəsb edir.

Yaponiyanın xarici işlər naziri də İran İslam Respublikası prezidentinin fəaliyyətə başlamasını təbrik və iki ölkənin uzun keçmişə malik əlaqələrinin inkişaf etdirilməsi və dərinləşdirilməsinə təkid edib. Qeyd edib ki; İran və Yaponiya keçmiş zamanlardan bəri dostcasına və səmimi əlaqələrə malik olublar və İranın yeni dövlətinin fəaliyyəti dövründə də bu əlaqələrin davam və daha da inkişaf edəcəyinə şübhə etmir.

Nüvə anlaşmasının pozulması, Amerikanın qanunsuz sanksiyaları və onların İran xalqının sağlamlığı və həyatına təsirləri, regionda təhlükəsizlik və Əfqanıstandakı son olaylar, bu görüşdə nəzərdən keçirilən mövzulardan olub. Bununla belə, Yaponiya xarici işlər nazirinin İran rəsmilərilə görüşlərdəki müzakirələrinə əsasən, ikitərəfli əlaqələr çərçivəsində bu səfəri əhəmiyyətli adlandırmaq olar.

 

Teqlər