Avq 25, 2021 12:26 Asia/Baku
  • İranın Ənzəli limanında 6-cı

"Dəniz Kuboku" müsabiqəsinin altıncı turu İranın şimalında, Gilan vilayətində yerləşən Ənzəli limanında İran, Rusiya, Qazaxıstan və Azərbaycan Respublikasından olan təxminən 400 idmançının iştirakı ilə başlayıb.

SəhərAzəri-nin məlumatına əsasən, "Dəniz Kuboku" müsabiqəsinin altıncı turu çərşənbə axşamı İranın Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının ev sahibliyi və İran Ordusunun dəniz qoşunlarının komandan əvəzi kontr-admiral Həmze Əli Kaviyaninin iştirakı ilə rəsmi şəkildə başlayıb və sentyabrın 4-dək davam edəcək. 

Üzən hissədə bu yarışlar suüstü və hava atıcılığı mərhələlərini əhatə edir və iki mərhələdə- dəniz və sahildə keçirilir.

İran İslam Respublikası "Cövşən" və "Peykan" destroyerləri ilə "Dəniz Kuboku"nun altıncı turunda iştirak edir.

Teqlər