İki iranlı jurnalistin uğuru
https://azeri.sahartv.ir/news/İran-i380951-İki_iranlı_jurnalistin_uğuru
İki iranlı jurnalist Rusiyanın Həştərxan şəhərində keçirilən «Sərhədsiz Xəzər» adlı altıncı media toplantısının müsabiqələr bölməsində birinci və ikinci yerləri tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2021 15:32 Asia/Baku
  •  iranlı jurnalist
    iranlı jurnalist

İki iranlı jurnalist Rusiyanın Həştərxan şəhərində keçirilən «Sərhədsiz Xəzər» adlı altıncı media toplantısının müsabiqələr bölməsində birinci və ikinci yerləri tutub.

SəhərAzəri-nin verdiyi məlumata görə, Zeynəb Nicatinin 2020-ci ildə hazırlanmış «Gözlərimin nuru» adlı televiziya əsəri «insan və dəniz» bölməsində birinci yerə layiq görülüb.

Digər iranlı jurnalist Fatimə Mərzbanın «Mən qalacağam» adlı televiziya əsəri isə «Sərhədsiz Xəzər» media müsabiqəsində ikinci yeri qazanıb.

Xəzəryanı ölkələrin «Sərhədsiz Xəzər» adlı altıncı media konfransı İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlalinin iştirakı və Rusiya xarici işlər nazirinin müraciəti ilə Həştərxanda işə başlayıb.

Bu toplantıda İran İslam Respublikası, Qazaxıstan, Rusiya, Türkmənistan, Özbəkistan və Azərbaycan Respublikasından olan media nümayəndələri, siyasi elmlər üzrə ekspertlər və analitiklər iştirak edirlər.