İrana 58 milyon dozadan çox korona vaksini daxil olub
https://azeri.sahartv.ir/news/İran-i381177-İrana_58_milyon_dozadan_çox_korona_vaksini_daxil_olub
İran gömrüyünün texniki məsələlər üzrə direktor müavini deyib ki, dünən gecə İmam Xomeyni(r.ə.) adına hava limanına daxil olan yüklə ölkəyə idxal edilmiş korona vaksini 58 milyon dozanı ötüb keçibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 17, 2021 13:54 Asia/Baku
  • vaksin
    vaksin

İran gömrüyünün texniki məsələlər üzrə direktor müavini deyib ki, dünən gecə İmam Xomeyni(r.ə.) adına hava limanına daxil olan yüklə ölkəyə idxal edilmiş korona vaksini 58 milyon dozanı ötüb keçibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Mehrdad Camal Ərvənqi IRIB ilə eksklüziv müsahibədə qeyd edib ki, indiyə kimi ölkəyə 54 korona vaksini yükü daxil olub və idxal edilmiş bütün vaksinlərin həcmi 58 milyon 323 min 606 dozaya çatıbdır.

O bildirib ki, yaxın saatlarda daha iki milyon doza vaksin ölkəyə daxil olacaq.