Rəisi İranın ŞƏT-ə üzv olmasını strateji hərəkət adlandırdı
https://azeri.sahartv.ir/news/İran-i381237-rəisi_İranın_ŞƏt_ə_üzv_olmasını_strateji_hərəkət_adlandırdı
İran prezidenti deyib ki, İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyü strateji hərəkət və diplomatik uğur idi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2021 08:03 Asia/Baku
  • Seyid İbrahim Rəisi
    Seyid İbrahim Rəisi

İran prezidenti deyib ki, İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatına daimi üzvlüyü strateji hərəkət və diplomatik uğur idi.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid İbrahim Rəisi dünən axşam Tacikistana üçgünlük səfərdən geri dönərkən bu səfərin nailiyyətlərini şərh edib.

Bildirib ki, İran İslam Respublikasının Şanxay Əməkdaşlıq Təşkilatının əsas üzvü kimi iştirakı İran xalqı üçün güclü iqtisadi əlaqə yaradır ki, bu da İranın Asiya iqtisadi infrastrukturlarına və ondan irəli gələn sabit mənbələrə qoşulması deməkdir.

İran İslam Respublikasının prezidenti Tacikistana səfərinin digər nailiyyətini region ölkələrinin başçıları ilə ikitərəfli görüşlərin keçirilməsi adlandırıb.

«Tacikistanın prezidenti və digər rəsmilərilə rəsmi görüşdə iki ölkənin mədəni, siyasi və iqtisadi əlaqələrində yeni fəslin başlanması barədə razılaşdıq. İran-Tacikistan münasibətlərinin inkişafı yolunda mövcud olan problemlər ilə bağlı qərara alındı ki, iki ölkənin icra başçıları münasibətlərin yeni fəslinə giriş üçün bu problemləri aradan qaldırsınlar.»- deyə, İran prezidenti vurğulayıb.

Rəisi Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin kənarında Əfqanıstan mövzulu kollektiv təhlükəsizlik iclasında iştirakı bu səfərin digər nailiyyəti adlandırıb. Qeyd edib ki, bu iclasda İran İslam Respublikasının Əfqanıstana dair mövqeyi bəyan edilib və bu mövzu ətrafında regional birliyin yaradılmasına səy göstərilib ki, xoşbəxtlikdən, bu birlik əldə olunubdur.