Şəhid Süleymaninin terror amillərinin işi təqib olunur
https://azeri.sahartv.ir/news/İran-i381240-Şəhid_süleymaninin_terror_amillərinin_işi_təqib_olunur
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, şəhid general Süleymaninin terroru amilləri və bu terrora göstəriş verənlərə qarşı məhkəmə işləri təşkil olunub və hazırda izlənilməkdədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 19, 2021 09:26 Asia/Baku
  • Səid Xətibzadə
    Səid Xətibzadə

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib ki, şəhid general Süleymaninin terroru amilləri və bu terrora göstəriş verənlərə qarşı məhkəmə işləri təşkil olunub və hazırda izlənilməkdədir.

SəhərAzəri-nin məlumatına əsasən, Səid Xətibzadə müxbirlərlə həftəlik brifinqində bildirib ki, ərizələr tənzim edilib və şikayətlərin irəli sürülməsi üçün bu işin istər Amerikada, istərsə də digər ölkələrdəki müttəhimləri və hətta bu terrora kömək etmiş bazalar məsələsi nəzərdən keçirilib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib ki, bu işin beynəlxalq orqanlarda izlənilməsi tərzi də gündəmdə durur.

«Ümid edirik ki, şəhid general-leytenant pasdar Süleymaninin şəhadətinin ikinci ildönümündən öncə bu terrorun məhkəməsinin keçirilməsinin şahidi olacağıq.»- deyə Xətibzadə bildirib.

Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraq xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu Məhdi Əlmuhəndis digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu amerikan qüvvələrin Bağdad hava limanının yaxınlığındakı hava hücumunda şəhid oldular.